`Əli Kərimli hakimiyyətə satılıb` - Razi Nurullayev
Bu sözləri AXCP sədrinin keçmiş müavini Razi Nurullayev bir qədər əvvəl Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.
- Kərimlinin müəyyən maliyyəsi, müəyyən biznes strukturları vasitəsilə hakimiyyətdən gəlir. Bunu bu cür qəbul etməyə razılıq verib. Birbaşa hakimiyyətdən almır. Bunu Əli Kərimli özü deyib, təkzib edə bilməz. Təkzib etsə, mənim bunu sübut etməyə gücüm çatar,- deyə Nurullayev bildirib.
O, qeyd edib ki, Əli Kərimli ona susmağı təklif edib: “Qeyd etdi ki, susum, yoxsa məni Facebookda biabır edib nüfuzdan salarlar. Siz də araşdırın, mən istefa bəyanatımı yayana qədər Facebookda cəhbəçilər tərəfindən ünvanıma heç bir fikir səslənməyib. Çünki onlar mənim susacağımı gözləyirdilər. Partiyada təmiz, saf qəlblivə lider olmağa layiq insnalar var. Cəbhəçilərə müraciət edirəm ki, Əli Kərimli o partiyada qaldıqca heç bir irəliləyiş olmayacaq. Hesab edirəm ki, Əli Kərimli siyasi mədəniyyət göstərib qurultayda partiya sədrliyindən geri çəkilməli idi”.
Fatimə Kərimli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


