İlham Əliyev köçkün şəhərciyində - YENİLƏNİB

İlham Əliyev köçkün şəhərciyində - YENİLƏNİB
  24 Fevral 2015    Oxunub:2752
Azərbaycan prezidenti İlham Əliyev Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

AzVision.az xəbər verir ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısına yeni salınan yaşayış kompleksi barədə məlumat verib.

Qeyd edilib ki, yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Dövlət başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış olub.

Yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan prezident İ. Əliyevə məlumat verilib ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.

Dövlət başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlanıb. Qeyd olunub ki, uşaq bağçasında da yüksək şərait yaradılıb.

Prezident İ. Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış olub.

***

15.12

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə burada aparılan abadlıq işləri barədə məlumat verdi.



Teqlər:  



Xəbər lenti