Tarixdə ilk - dünya çempionatı qışda keçiriləcək

Tarixdə ilk - dünya çempionatı qışda keçiriləcək
  24 Fevral 2015    Oxunub:2116
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının vaxtı müəyyənləşib.
AzVision.az-ın FIFA-nın saytına istinadən verdiyi məlumata görə, bu mundialın oyunları dünya futbolu tarixində ilk dəfə olaraq noyabr-dekabr aylarında keçiriləcək. Bununla bağlı qərar FIFA-nın bu gün Qətərin paytaxtı Dohada keçirilən iclasında verilib. 6 konfederasiyanın bu qərara dəstək verdiyi bildirilir.

İlkin məlumata görə, DÇ-2022-nin final oyununun dekabrın 23-də keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, dünya çempionatının oyunları həmişə yay aylarında keçirilib.


Teqlər:  





Xəbər lenti