Qanunsuz ovçular cərimələndi
Həmin ərazidə növbəti reyd zamanı isə qanunsuz ov edən 2 nəfər naməlum şəxs saxlanılaraq onlardan 2 ov tüfəngi və 249 patron götürülüb.
Masallı rayonunun Qızılağac kəndi ərazisində isə qanunsuz ovla məşğul olan naməlum şəxslərdən 1 ov tüfəngi, 28 patron və 3 ovlanmış quş götürülərək barələrində qanunamüfaviq qaydada akt tərtib olunub.
Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti polis şöbələrinə müraciət edilib.
İlisu Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ov edən Qax şəhər sakini Xeyirbəy Ramazanov saxlanılaraq ondan 2 ov tüfəngi götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Reydlər davam etdirilir.
AzVision.az
Teqlər: