Leyla Əliyeva Çarlz Kloverlə görüşüb

Leyla Əliyeva Çarlz Kloverlə görüşüb
  24 Fevral 2015    Oxunub:1757
Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında Azərbaycana səfər edib.
AzVision.az-ın IDEA İctimai Birliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində IDEA İctimai Birliyinin Resurs Mərkəzində müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə “Mavi Dəniz Fondu” tərəfindən çəkilmiş və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Bir cinsin sonu” (End of the line) filminin ilk nümayişi keçirilib. Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi sözügedən filmin geniş ictimaiyyət üçün nümayişini də təşkil etməyi planlaşdırır. Bu barədə müvafiq elan mətbuatda əlavə olaraq dərc olunacaq.

Nümayişdən sonra Çarlz Klover və “Mavi Dəniz Fondu”nun digər əməkdaşları təmsil etdikləri təşkilatın fəaliyyəti barədə geniş məlumat vermiş, həmçinin tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Səfər zamanı Ç.Klover Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşüb. Sözügedən görüş zamanı Xəzər dənizində ekoloji vəziyyət və onun faunasının mühafizə və bərpası məsələləri müzakirə edilib. Bu xüsusda, “Mavi Dəniz Fondu”na dəniz ətraf mühitinin mühafizəsi istiqamətində görülən tədbirlər və əldə olunmuş uğurlar barədə məlumat verildi. Tərəflər əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinə razılıqlarını bildiriblər.

“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilmişdir. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla, okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.


Teqlər:  



Xəbər lenti