Xocalı dünyanın ən böyük məscidlərindən birində anıldı

  24 Fevral 2015    Oxunub:1395
İndoneziyada “Xocalıya ədalət!” çağırışı ilə kütləvi yürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüş və İndoneziyanın, həmçinin Cənub-Şərqi Asiyanın ən böyük məscidində minlərlə insanın iştirakı ilə soyqırım qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.

Cakartanın mərkəzi küçələrində keçirilmiş kütləvi yürüşdə azərbaycanlı tələbələrlə yanaşı, xeyli sayda indoneziyalı da iştirak edib. Onlar İndoneziya və ingilis dilində Xocalıya ədalət, Ermənistanın aqressiv siyasətindən əl çəkməsi və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən şüarlar səsləndiriblər. Azərbaycan diaspor fəalı, tələbə Elmar İskəndərov yerli və xarici kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətləri haqqında məlumat verib.

Cakartanın "İstiqlal" məscidində Xocalı qurbanlarının ruhuna qılınan namazda minlərlə adam, o cümlədən dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər və din xadimləri iştirak edib.

Azərbaycanlı tələbə Elmar İskəndərov və "Xocalıya ədalət!" beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmçinin Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş minlərlə insana geniş məlumat verib, onları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dəstək olmağa və soyqırım qurbanlarının ruhuna dua etməyə çağırıblar.

Bundan başqa, İslam Konfransı Gənclər Forumunun İndoneziya nümayəndəliyi İndoneziya prezidentinə, parlamentinə və eyni zamanda Cakartada yerləşən Ermənistan səfirliyinə minlərlə İndoneziyalı tərəfindən imzalanmış petisiya təqdim etməyi planlaşdırıb.

Xatırladaq ki, "Xocalıya ədalət!" kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.

İndoneziyada “Xocalıya ədalət!” çağırışı ilə kütləvi yürüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüş və İndoneziyanın, həmçinin Cənub-Şərqi Asiyanın ən böyük məscidində minlərlə insanın iştirakı ilə soyqırım qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.

Cakartanın mərkəzi küçələrində keçirilmiş kütləvi yürüşdə azərbaycanlı tələbələrlə yanaşı, xeyli sayda indoneziyalı da iştirak edib. Onlar İndoneziya və ingilis dilində Xocalıya ədalət, Ermənistanın aqressiv siyasətindən əl çəkməsi və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən şüarlar səsləndiriblər. Azərbaycan diaspor fəalı, tələbə Elmar İskəndərov yerli və xarici kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətləri haqqında məlumat verib.

Cakartanın "İstiqlal" məscidində Xocalı qurbanlarının ruhuna qılınan namazda minlərlə adam, o cümlədən dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər və din xadimləri iştirak edib.

Azərbaycanlı tələbə Elmar İskəndərov və "Xocalıya ədalət!" beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmçinin Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş minlərlə insana geniş məlumat verib, onları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dəstək olmağa və soyqırım qurbanlarının ruhuna dua etməyə çağırıblar.

Bundan başqa, İslam Konfransı Gənclər Forumunun İndoneziya nümayəndəliyi İndoneziya prezidentinə, parlamentinə və eyni zamanda Cakartada yerləşən Ermənistan səfirliyinə minlərlə İndoneziyalı tərəfindən imzalanmış petisiya təqdim etməyi planlaşdırıb.

Xatırladaq ki, "Xocalıya ədalət!" kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.

Teqlər:  

Xəbər lenti