Suriyada qətliam davam edir: 70 ölü

Suriyada qətliam davam edir: 70 ölü
  18 Fevral 2013    Oxunub:1838
Suriya ordusunun təşkil etdiyi əməliyyatlar nəticəsində daha 73 nəfər həlak olub.
Suriya İnsan Hüquqları Birliyi müxaliflərin üstünlük təşkil etdiyi bölgələrə təşkil olunan hərbi hücumlar zamanı 73 nəfərin öldürüldüyünü deyib.
Səhər çağlarında Şam bölgəsində 21, Hələbdə 17, Deyruzda 7, Dəra vilayətində isə 6 nəfər həlak olub. Həmasda 3, İdlibdə isə 4 nəfər öldürülüb.
Şamda Babila, Hacer Əvsəd, Kabun, Mudamiyə və Xaresta bölgələrində Azad Suriya Ordusu əsgərləri ilə Suriya əsgərləri arasında şiddətli toqquşmaların hələ də davam etdiyi bildirilib. Nəticədə adları çəkilən vilayətlərə bombalı hücumlar təşkil olunub. Çoxlu sayda dinc insan öldürülüb.


Teqlər:





Xəbər lenti