`Alimlərin maaşı artırılmalıdır` - Millət vəkili

`Alimlərin maaşı artırılmalıdır` - Millət vəkili
  24 Fevral 2015    Oxunub:1554
“Azərbaycan elminin problemi ölkənin alimində deyil, onun maliyyəsindədir”.
AzVision.az xəbər verir ki, bunu deputat Əli Məsimli “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər güclü elm potensialı var.

“Azərbaycan elmindəki mövcud problemləri aradan qaldırmaq üçün ilk növbədə alimin statusu və maaşını artırmaq lazımdır. Ən azından bununla da Sovet sistemindən qalma prinsipindən mütərəqqi üsullara keçmək mümkün olar. Həmçinin, özəl sektorun bu sahəyə marağını artırmaqla da problemin həllində müəyyən irəliləyişə nail olmaq olar”.

Ə. Məsimli onu da qeyd edib ki, alimlərimizin az miqdarda aldığı məvacibə baxanda onları sadəcə fədakar adlandırmaq olar:

“Ona görə də təklif edirəm ki, alimlərin maaşı artırılsın. Digər təklifim isə alimlərin məzuniyyətə getdiyi zaman onlara maaşları qədər məvacibin verilməsidir”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti