Qara görə 3 nəfər köməksiz qaldı

Qara görə 3 nəfər köməksiz qaldı
  24 Fevral 2015    Oxunub:1251
Bakıda 3 nəfər köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, fevralın 22-də yağan qarın əriməsi və qrunt sularının qalxması nəticəsində Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətini su basıb və 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin xilasediciləri xüsusi texnikalar vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə köçürüb və aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti