Bakının mərkəzi yolu 3 günlük bağlanır

Bakının mərkəzi yolu 3 günlük bağlanır
  24 Fevral 2015    Oxunub:1282
Bakının mərkəzi yollarından biri 3 gün bağlı olacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, fevralın 24-ü gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-in qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaqdır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC alternativ variant kimi 28 may, Nizami, Rixord Zorge, Puşkin küçələrindən istifadə etməyi məsləhət görür. Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaqdır.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.(trend)


Teqlər:  



Xəbər lenti