Ərizə qəbulu başa çatdı

Ərizə qəbulu başa çatdı
  24 Fevral 2015    Oxunub:1587
Rezidentura səviyyəsinə ərizələrin qəbulu bu il fevralın 23-də saat 17.00-da başa çatıb.
AzVision.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, imtahanda iştirak etmək üçün 1280 nəfər ərizə verib. Onlardan 1085-i Azərbaycan, 195-i rus bölməsinin məzunudur.

İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək.

Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Hər mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.


Teqlər:



Xəbər lenti