`Bakı-2015`in uniformaları- Fotolar

`Bakı-2015`in uniformaları- Fotolar
  25 Fevral 2015    Oxunub:3026
Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının könüllüləri – “Alov qoruyanlar” və texniki işçilərin geyəcəyi uniformalar fevralın 24-də ictimaiyyətə təqdim olunub.
Heydər Əliyev adına Arenada təşkil olunan tədbirdə əvvəlcə Avropa Oyunları haqqında videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının tarixi, mötəbər yarışa hazırlığın gedişi barədə məlumat verib. Könüllülərin işini yüksək qiymətləndirən Azad Rəhimov fevralın sonu - martın əvvəlində bütün idman obyektlərinin yarışa hazır olacağını və arenalarda test yarışların təşkil olunacağını diqqətə çatdırıb.

“Bakı-2015”i televiziya vasitəsilə Avropada 150 milyondan artıq tamaşaçının izləyəcəyini diqqətə çatdıran nazir Avropa Oyunlarının Bakının simasını daha da gözəlləşdirdiyini vurğulayıb.

Sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarının brendi və maskotları barədə məlumat verilib.

“Bakı-2015”in idman və ulduz elçilərinin qatıldığı tədbirdə üzərində Avropa Oyunlarının elementləri həkk olunan uniformalar geyən konüllülər və texniki işçilər tamaşaçıların sürəkli alqışları altında səhnəyə qalxıblar.

“Alov qoruyanlar”ın fəaliyyətindən bəhs olunan videoçarxın nümayişindən sonra könüllülərin fləşmobu təqdim olunub.

Tədbir “Bakı-2015”in ulduz elçilərinin konsert proqramı ilə davam edib.

Qalereya




Teqlər:





Xəbər lenti