Metrodakı problemin səbəbi - AÇIQLAMA
Nəticədə vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev yaranan problemlə əlaqədar AzVision.az-a açıqlama verib. O, bildirib ki, bu saatadək metropolitendən qatarların hərəkətində heç bir problem yaşanmayıb:
“Səhər saatlarında Həzi Aslanov istiqamətində sərnişinlər az olur. Bunu da nəzərə alaraq təsdiqlənmiş qrafikə əsasənsəhər `Həzi Aslanov` iqtiqamətində gedən əvvəlcədən müəyyən edilmiş qatarlar `Neftçilər` stansiyasında dalandan istifadə etməklə digər xəttə keçir. Səhər saatlarında `Həzi Aslanov`dan, xüsusilə `Neftçilər` `Koroğlu` stansiyalarında sərnişinlər daha çox olur. Həmin sərnişinlərin də rahat şəkildə qatara minmələri, sıxlığın aradan qaldırılması məqsədilə bu cür qrafikdən uzun illərdir istifadə edirik”-deyə Nəsimi Paşayev bildirib
Anar







Vaxtında, Aydın, Lazımlı!


