Müsavatda kütləvi istefa - Əlisoylar getdi

Müsavatda kütləvi istefa - Əlisoylar getdi
  25 Fevral 2015    Oxunub:2874
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yaxınlarının Müsavat partiyasından istefa verdiyini bəyan edib.
AzVision.az xəbər verir ki, S.Əlisoyun 18 qohumu partiya sıralarını tərk edib:

“Kimsə nəsə axtarmağa cəhd etməsin, məni absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalaması şərəf məsələsi idi. Belə bir paradoksal durumda "şərəfsizlər üçün şərəfin dəyəri olmur" deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayır və bunu Əlisoyların 18 nümayəndəsinin təsdiq etdiyinin məsuliyyətini üzərimə götürürəm”-deyə S.Əlisoy qeyd edib.

Müsavatdan istefa verən Əlisoylar:

1. Ədalət Əlisoy:
2. Əlipaşa Əlisoy
3. Arif Əlisoy
4. Şakir Əlisoy
5. Çapay Əlisoy
6. Sabit Əlisoy
7. Səxavət Əlisoy
8. Araz Əlisoy
9. Cavid Əlisoy
10. Həmid Əlisoy
11. Hafiz Əlisoy
12.Toğrul Əlisoy
13. Gürşad Əlisoy
14. Məmməd Əlisoy
15. Musa Əlisoy
16. Sevindik Əlisoy
17. Ələkbər Əlisoy
18. Zakir Əlisoy

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti