ABŞ səfirliyi gizli dinləmə ittihamına cavab verdi

ABŞ səfirliyi gizli dinləmə ittihamına cavab verdi
  25 Fevral 2015    Oxunub:2535
AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev fevralın 24-də keçirdiyi mətbuat konfransında bildirib ki, Əli Kərimli onu müavinlikdən çıxarmazdan əvvəl evinə çağırıb və görüş zamanı tərəflər arasında mübahisə olub.

-Əli Kərimli mənə dedi ki, sən hakimiyyətə satılmısan, əlimdə bununla bağlı faktlar var. Bildirdi ki, hətta ABŞ və Britaniya səfirlikləri bununla bağlı ona məlumat veriblər. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı həmin iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əli Kərimliyə məlumat ötürürlər?,- deyə Nurullayev vurğulamışdı.

ABŞ səfirliyi Nurullayevin bu iddiaları ilə bağlı haqqin.az saytına belə açıqlama verib: “Bu iddialar tamamilə əsassızdır. Biz müntəzəm olaraq bütün siyasi partiyaların nümayəndələri ilə görüşürük”.


Teqlər:



Xəbər lenti