Kollecdə oxumaq istəyənlərin nəzərinə
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı iyulun 15-dən avqustun 5-dək həyata keçirilməsi planlaşdırılır. Kolleclərə ixtisas seçimi 14-19 avqust tarixlərində, boş qalan yerlərə ixtisas seçimi isə 27-31 avqust tarixlərində həyata keçiriləcək.
Kolleclərə 11 illik təhsil bazasından ərizə qəbulu mayın 1-dən 31-dək olacaq. Qəbul imtahanı isə əvvəlki illərin məzunları üçün iyulun 2-də həyata keçiriləcək. Kolleclərə ixtisas seçimi 8-15 iyul tarixlərində, boş qalan yerlərə ixtisas seçimi isə 1-10 avqust tarixlərində baş tutacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


