Zahid Oruc: “Müəllimlərin maaşı 4 dəfə artmalıdır”

Zahid Oruc: “Müəllimlərin maaşı 4 dəfə artmalıdır”
  25 Fevral 2015    Oxunub:5273
“TQDK sədri və təhsil naziri çıxıb hesabat verməlidir”

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyinin bir-birini təkzib edən açıqlamalarına münasibət bildirib.

O, qeyd edib ki, hər iki qurumun rəhbərləri Milli Məclisdə öz hesabatlarını təqdim etməlidirlər:

“Hesab edirəm ki, bu məsələnin köklü həlli üçün TQDK və Təhsil Nazirliyinin hazırda bir araya gəlməsi seçilmiş meyarların, məzunların, abituriyentlərin biliyini qiymətləndirmək üçün tam yetərlidir. Bu proseslər ətrafında vahid bir yanaşma və sistem qurulmalıdır. Hazırda cəmiyyətlər, insititutlar, araşdırma mərkəzləri üçün xeyli çətinliklər var. Onlar hansı sistemin daha ədalətli, bitgin qərar verdiyini bilmək üçün çox çətinlik çəkirlər. İndi söyləyəcəyim fikirlərlə hakim rolunda çıxış etmək istəmirəm”.

Deputat qeyd edib ki, Təhsil Nazirliyinin yeni rəhbərliyinin keçmişdən miras qalmış problemlərin aradan qaldırılması yönündə addımlar atdığını görməmək mümkün deyil.
“Həqiqətəndə bir çox metedoloji sistemlərin, proqramların, dərsliklərin yenidən işlənməsi istiqamətində addımlar atılmaqdadır. Həmçinin müəllim statusunun, onların ictimai, sosial ehtiyaclarının ödənilməsi yönündə artıq işlər görülür. Amma bütövlükdə götürəndə TQDK-nın ölkədə uzun illər boyu gördüyü işi inkar etmək mümkün deyil. Bu il ərzində parlament üzvlərinə ilin təhsil yekunları ilə bağlı çox ciddi araşdırmalar təqdim olunub. Mən hesab edirəm ki, ümumiyyətlə təhsilimizin səviyyəsi, inkişaf tendensiyaları və problemləri ilə əlaqədar parlament dinləmələrinə çox ciddi ehtiyac var.

Məsələyə qarşı mövcud olan bütün subyektiv yanaşmalar həmin zaman üzə çıxacaq. Maraqlı qüvvələr, təhsil ekspertləri, qabacıl müəllimlərin, xüsusis ilə də dövlət qiymətləndirmələrindən keçən o insanların birgə toplaşdığı Milli Məclisdə dinləmələrin keçirilməsinin yalnız ümumi işə xeyiri olar.

Məhz bununla çox önəmli məsələlər həll edilə bilər. Nəticədə təhsil sahəsində separatizm baş verməz, hər hansı qalmaqallar deyil, vahid komanda halında görülən işin şahidi olarıq”.

Millət vəkili TQDK və Təhsil Nazirliyinin birləşdirilməsinin vacibliyi ilə bağlı mətbuatda çıxan yazılara da münasibət bildirib. O, qeyd edib ki, TQDK və Təhsil Nazirliyi arasında böyük konfliktlər mövcud deyil:

“Hər hansı ölkələrdə yaşanan iqtisadi çətinliklər bütövlükdə Avropadakı böhranın əlaməti kimi qələmə verilə bilməz. Azərbaycanda dövlət idarəetmə sisteminin fəaliyyətinin daha optimal qurulması ideası başqadır. Lakin sırf maliyyə çətinlikləri səbəbindən iki qurumu birləşdirmək isə heç bir halda məqbul sayıla bilməz. TQDK-nın Təhsil Nazirliyi ilə birləşməsinin heç bir halda tərəfdarı deyiləm. Təhsil üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi,bu qurumlar arasında normal münasibətlərin hökm sürməsi naminə hansısa addımlar atılmalıdır. Mən düşünmürəm ki, həmin qurumlar arasında böyük konfliktlər var. Keçmişdəki kimi münasibətlər şəxsi zəmində o dərəcədə korlanmayıb ki, artıq xüsusi bir vasitəçilərə, sülhməramlılara ehtiyac yoxdur”.

Daha sonra millət vəkili qeyd edib ki, müəllimlərin biliyinin qiymətləndirilməsi səlahiyyəti Təhsil Nazirliyindən alınıb, TQDK-ya verilməlidir:

“Bütün müəllimlərin biliyinin qiymətləndirməsi prossesini TQDK aparmalıdır. Hazırda 182 min müəllim var. Bunların isə attestasiya olunması mənfi sayılır. Ona görə ki, onların böyük əksəriyyəti işsiz qalacaqlar. Belə olarsa həqiqətən də nəticələr çox mənfi olar. Təklif edirəm ki, müəllimlərin biliyinin qiymətləndirilməsi səlahiyyəti TQDK-ya verilsin və könüllülük əsasında onlar gəlib, orada biliklərini qiymətləndirsinlər, yüksək nəticə toplayanların hamsına yüksək dərəcəli statuslar verilsin”.

Deputat hesab edir ki, imtahandan uğurla keçən müəllimlərim maaşı indikində 4 dəfə artıq olmalıdır: “Həmin müəllimlərin maaşlarının indikindən dörd dəfə artıq olması məsələsi dövlət başıçısı və Maliyyə Nazirliyi ilə razılaşdırılsın. İldə bir dəfə onlara həmin adlarını yenidən qazanmaq üçün testlərdən keçmək təklif olunsun. Bu halda artıq prosses tənzimlənəcək.

Bu zaman hansısa orta məktəblərdə fənnlərdən yüksək qiymət qazanan müəllim o statusdan aşağı olan bir müəllimlə eyni tutulmayacaq. Artıq şagirdin uğuru müəllimin də maaşında təzahür edəcək. Yoxsa hansısa bir məktəbin nailiyyətlərinə başqa məktəblərdə parçalıyıb böləcəklər”.

Millət vəkili qeyd edib ki, 10 il ərzində bir tələbə yetişdirə bilməyən məktəblərimiz var: “Belə məktəblərimizin sayı onlarlarladır. Mən bunu yalnız bir rayonun miqyasında nəzərdə tuturam. Respublika miqyasında isə yüzlərlə belə məktəb var. Həmin məktəblərin buraxılışlarının hamısı geri qayıdıb. Onlar savadsız bir nəsil yetişdirməkdə iştirak edirlər. Söhbət yeni müəllimlərin qəbulundan gedirsə, burada heç bir fikir ayrılığı yoxdur. Biz ölkə şəraitində müəllimlərin vəziyyətinin yaxşılaşdırılmasını, statuslarının dövlət qulluqçuna bərabər tutuması istiqamətində çalışırıqsa, müəllimlərin yüksək əmək haqqına layiq görülməsini istəyiriksə, müəllimlərin maliyyəşləşdirilməsinin cox ciddi infliyasiya yaradacağından çox narahatıqsa, bundan xilas yolunu necə tapmalıyıq? Təbii ki bu səlahiyyəti TQDK-ya vermək həmin qurumu geniş səlahiyyətlərə layiq görmək anlamına gəlmir. Bu, cəmi 5 il işləyəcək bir modeldir. Bu təklif reallaşacağı təqdirdə təhsil repititorların evindən məktəbə qayıdar. Həmin müəllimlər isə daha yüksək maaşın fonunda təhsili məktəbdə verməyə maraqlı olarlar”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti