Sovetski və Kubinka sökülməyəcək- AÇIQLAMA
Qeyd edib ki, “Sovetski”və “Kubinka” kimi tanınan ərazilərdə evlərin sökülməsi məsələsi ilə əlaqədar komitəyə heç bir məlumat daxil olmayıb. İşçi layihəsi hazırlanmadan heç bir söküntü aparıla bilməz-“Bu layihə isə hazır deyil və nə vaxt hazır olacağı barədə komitə heç bir söz deyə bilməz.
Böyük Bakının Regional İnkişaf Planının işlənməsinin xeyli vaxt aparacaq. Bakı şəhərində abadlaşdırma, tikinti-quruculuq işlərinin fasiləsiz olaraq həyata keçirilməsi zərurəti yaranıb. Bakının mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi hazırlanıb. Layihə 1550 hektardan çox ərazidə həyata keçiriləcək.
Layihə şərqdə Yusif Səfərov küçəsi, şimaldan Bakıxanov prospekti, qərbdə Nərimanov küçəsi, cənubda da dənizə qədər olan ərazini əhatə edir. Burada bir sıra yeniliklər nəzərdə tutulub. Şəhərin mərkəzi hissəsində ekoloji durumun yaxşılaşdırılması nəzərə alınıb”.
Cahangir Qocayev həmçinin bildirib ki, memarların təkilifinə əsasən yaşıl zonanın həcmi 3 dəfədən çox artırılmalıdır : “Bunun üçün müvafiq boş ərazi olmadığına görə yaşıllığın salınması məskunlaşma ərazilərində həyata keçiriləcək. “Sovetski” “Kubinka “və sirkin ətrafında olan ərazilər də də yaşıllaşdırma işləri nəzərdə tutulub. Bu ərazilərdə mövcud evlər, binalar və digər yaşayış obyektləri də yaşayış üçün yararsızdır, texniki, sanitar-gigiyenik , eləcə də ekoloji cəhətdən müasir tələblərə cavab vermir. Sözügedən ərazidə bir çox xəstəliklərin yarana biləcəyi də istisna edilmir.
Həmin ərazilərin abadlaşdırılması, təkcə yaşıllığın çoxaldılması hesabına deyil, eyni zamanda orada yaşayan insanların yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə həyata keçiriləcək. Zərurət yaranarsa insanlar sağlamlığa zərərli mühitdən uzaqlaşdırılacaq.
Bu tədbirlər aidiyyatı mütəxəssislər, müvafiq şuralar tərəfindən bəyənilib. Amma onun işçi lahiyəsi, texniki iqtisadi əsaslandırması hələlik hazır deyil. Qanunvericilikdə nəzərdə tutulmuş şəhərsalma məcəlləsinə görə bundan sonra abadlaşdırma layihələri də müvafiq müzakirələrdən keçiriləcək. Yəni aiddiyyatı qurumlarda, o cümlədən bizim komitədə xüsusi şurada baxılandan sonra icra olunacaq.
Planlaşdırma layihəsi 2030-cu ilə qədər olan dövr üçün nəzərdə tutulur. Hələ qarşıda 17 il var. Bu layihə işçi lahiyəsi hazırlanandan sonra 5-15 il müddətində reallaşa bilər. İşçi layihəsinin nə vaxt hazır olcağını qabaqcadan deyə bilmərik. Çünki işçi layihənin hazırlanması şəhər icra hakimiyyətinin səllahiyyətindədir”.
Qocayev bildirib ki, qanunvericiliyin tələbinə görə işçi layihəsi olmadan heç bir ev və ya obyekt sökülə bilməz . O ki qaldı sonrakı mərhələyə , sökülməsinə qərar verilmiş obyektlər barədə müvafiq sənədlər hazırlanaraq FHN texniki ekspertisazına göndəriləcək.
Müfəssəl planlaşdırma layihəsində yaşıllaşdırma ilə yanaşı infrastrukturun yüngülləşdirliməsi, tənzimlənməsi, tarixən formalaşmış mədəniyyət memarlıq mühitinin qorunması da nəzərə alınıb.
Bayıldan Mirzəağa Əliyev küçəsinə qədər olan ərazidə memarlığın inciləri hesab edilən binalar var ki, onların qorunması mütləqdir, yəni onların ətrafında yüksək mərtəbəli bina tikərək tarixi kölgədə qoymaq olmaz.
“Bir-iki mərtəbəli binaların söküləcəyi ilə bağlı gəzənsöz-söhbətlərin hamısı şaiyədir. Bu tamamilə səhv fikirdir. Məsələn, Üzeyir Hacıbəyovun ev muzeyi birmərtəbəlidir deyə onu sökməlyik? Heç vaxt bu binanı sökmək olmaz. Deməli, bu kimi binaları qoruyub saxlamaq üçün də müvafiq layihə işlənməlidir. İstənilən halda şəhərdə aparılan söküntü müvafiq qaydada əsaslandırılmalıdır.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dəfələrlə “Sovetski”nin sökülməsi məsələsinə toxunub və ötən il ərazidəki bəzi evlər siyahıya da alınıb. İcra başçısının paytaxtın mərkəzində köhnə evlərin söküləcəyi ilə bağlı növbəti dəfə açıqlama verib. Bildirib ki, söküləcək ərazidə yaşıllıq zolağı salınacaq.
Nihadə Eyyubova
AzVision.az