Maşında tiryək tapıldı
Bundan sonra, adı çəkilən digər şəxslərin - Elvin Sadiqov və Asim Məmmədzadənin Biləsuvar Gömrük İdarəsinin “QoşaTəpə” gömrük postundan keçərək Azərbaycana qayıtdıqları və Masallı rayon sakinləri olduqları müəyyənləşdirilib. Rayon taksilərinin gömrük postunun qarşısındakı parkda dayandıqları nəzərə alınaraq, həmin şəxslərin də burada olacağı ehtimal edilib. Beləliklə, əməliyyat tədbirləri zamanı E.Sadiqov və A.Məmmədzadə “Mercedes Benz” markalı avtomobillə gömrük postunun qarşısındakı parkdan uzaqlaşarkən saxlanılıb.
Biləsuvar Gömrük İdarəsində sözügedən avtomobilə baxış zamanı maşında 2 ədəd bükümdə, ümumi xalis çəkisi 71,768 qram olan narkotik vasitə - tiryək aşkar edilib. A.Məmmədzadə aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu bildirib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


