Mərkəzi küçə 6 günlük bağlanır

Mərkəzi küçə 6 günlük bağlanır
  25 Fevral 2015    Oxunub:1388
Bakının daha bir küçəsi bir neçə günlük bağlanacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 25-i gecə saat 22:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.



Teqlər:



Xəbər lenti