Qarabağdan bəhs edən film sabah ekrana çıxır

Film diyarını tərk etməkdən imtina edən, sağ qalmağa və Qarabağ müharibəsinin onların kəndinə dağıdıcı təsirininə tab gətirməyə çalışan qoca cütlük haqqındadır. Dünya kino tənqidçilərin hörmətini qazanan bu dram71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunub, həmçinin 2015-ci ilin Amerika “Oskar” kinoakademiyasının mükafatı uğrunda müsabiqədə iştirak edib. Almaniyanın Manheym, Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq kinofestivalda film əsas mükafat – Beynəlxalq Tənqidçilər mükafatı, Ekumenik jürinin mükafatına layiq görülüb.
“Nabat” bədii filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Filmin ssenari müəllifləri - Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru - Abdulrəhim Beşarat, prodüseri - Müşfiq Hətəmovdur. Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov çəkiliblər.
“Nabat” Park Cinema şəbəkəsində Xocalı faciəsinin anım günü - 26 fevral tarixində ekranlara çıxacaq.