Elmar Məmmədyarov Lavrovla görüşəcək

Elmar Məmmədyarov Lavrovla görüşəcək
  18 May 2013    Oxunub:1368
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Rusiyaya rəsmi səfərə gedəcək.
İki gün davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulur. Nazirlər ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edəcəklər.

Elmar Məmmədyarovun Rusiya paytaxtında aparacağı danışıqların əsas mövzusunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təşkil edəcək.

XİN başçıları xarici siyasət sferasında fəaliyyətin koordinasiya edilməsi məsələlərinə də toxunacaqlar.

Səfər çərçivəsində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planı imzalanacaq.(apa)


Teqlər:  





Xəbər lenti