Əqrəblər bir saat irəli çəkiləcək

Əqrəblər bir saat irəli çəkiləcək
  25 Fevral 2015    Oxunub:4164
Mart ayının 28-dən 29-a keçən gecə Azərbaycan yay vaxtına keçəcək.
Bu barədə AzVision.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı bildirib. Onun sözlərinə görə, həmin gecə saatın əqrəbləri bir saat irəli çəkiləcək.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 1997-ci ildə qəbul edilmiş "Azərbaycanda yay vaxtına keçid barədə" qərarına əsasən, hər il mart ayının sonuncu bazar axşamı yay vaxtına keçilir", - o əlavə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti