Tarix muzeyindən ombudsmana təşəkkür

Tarix muzeyindən ombudsmana təşəkkür
  18 May 2013    Oxunub:1402
Ombudsman Elmira Süleymanova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təşəkkürnaməsinə layiq görülüb.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı təşəkkürnaməni 18 may - Beynəlxalq Muzeylər günü münasibətilə təqdim edib.

Müvəkkil Azərbaycanın zəngin tarixinin təbliği, uşaq və gənclərə öyrədilməsi sahəsində xidmətlərinə, muzeylə səmərəli əməkdaşlığına, birgə ictimai, elmi-mədəni tədbirlərin təşkilində böyük səylərinə görə bu Təşəkkürnaməyə layiq görülüb.

Belə təşəkkürnamələr İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın yaratdığı, artıq on iki ildir ki, müntəzəm fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) tarix məşğələlərində fəal iştirak etmiş, intellektual səviyyələrinə görə fərqlənmiş üzvlərinə də verilib.

Ombudsmanın təşəbbüsü ilə AUGSŞ ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi arasında yaranmış səmərəli əməkdaşlıq çərçivəsində hər il şəbəkənin 30-dək üzvü bu muzeyin əməkdaşlarının onlar üçün keçirdiyi təlim-məşğələlərdə iştirak edir, öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizin zəngin tarixi keçmişi, dərin köklərə malik dövlətçilik ənənələri, qədim memarlıq inciləri barədə ətraflı məlumat əldə edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti