“Əlimdə video yazılar var” – Nurullayevdən Əli Kərimliyə

“Əlimdə video yazılar var” – Nurullayevdən Əli Kərimliyə
  26 Fevral 2015    Oxunub:2731
“Ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından saxta profillər açıblar”
AXCP sədri Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev maraqlı açıqlama ilə çıxış edib. R.Nurullayev facebookda saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya (AXCP) gətirdiyini və buna görə də təəssüf etdiyini bildirib.

R.Nurullayev qeyd edib ki, sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir: "Bu çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər?

Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki, saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs, harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zormalamığı rəva görürsünüz?

Mənim də yaxşı tanıdığım Elçin Şükürlü. Mən qəza keçirən zaman o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o çətin vəziyyətdədir və onun Facebook-a girmək imkanları da yoxdur. olsa belə, o internetdən istifadə etməyi bilmir. Bəs necə olur ki, Facebook-da məni söyür və hər bir statusun altında bülbül kimi ötür? Mən o təmiz qəlbli cəbhəçinin telefonunu mətbuata təqdim edə bilərəm.

Bəs sonsuz hörmət bəslədiyim cəbhəçi Bəxtiyar Hüseyn. Onunla telefonla da danışdım və bu saf cəbhəçi dediklərimdən pis oldu. O çətin vəziyyətə düşdü. Dedi ki, bəy, sənə qarşı yazılan şərhlərin heç biri mənə aid deyil. Mən Facebook-dan istifadə etmirəm. O, dedi ki, istfadə edən şəxsi tanıyır və onunla ağır danışacaq. Budurmu sizin söz azadlığınız və insanların fərdi həyatına və sözünə hörmətiniz? Bəxtiyar bəyin də telefonunu mətbuat nümayəndələrinə təqdim edə bilərəm. Hər ikisinin profilini şərh bölməsində paylaşacam.

Bu profilləri və onlarca digər profilləri işlədən Rəyasət Heyəti üzvünün adını bilirəm. Amma, sadəcə onun adını çəkmək də pis gəlir mənə açığı. Təbii ki, biləcəksiniz.

Keçək başqa bir müavinə. İlhamoğlu Kamal mənim təşkilatımın mətbuat xidmətinin rəhbəridir. Facebook-u sağına-soluna, eninə-uzununa ekspert kimi bilir. Onu cəbhəçi gənclər də tanıyırlar yəqin ki. Bir sədr müavini - FQ, ona şərh bölməsində paylaşacağım mesajı yazıb. Elə bilir ki, o mənəm və Kamal da saxta profildir. Real profillə, özü də hansı ki, Facebok-u professional işlədən birini saxta hesab edəsən, daha nə deyim? Budurmu sənin savadın və analizin? Təbii ki, hətta bu screnşot-u paylaşmaq mənə ağır gəlir, amma blirəm ki, ziyansızdır. Yoxsa, səni pis vəziyyət qoymaq istəməzdim. İstəsəydim, mən də deyərim ki, əlimdə audio-video yazılar var. Ayıbdır belə şeylər. Təbii ki, mən belə hesab edirəm, amma sizlərin belə düşündüyü inancında deyilim.

Aktiv olan 200 yüzə qədər saxta profilləriniz var. Amma, qara gün üçün bu saxta profillər 500-700 arası dəyişə də bilər. Ayıbdır.

Saxtakarlıq etməyin. Xalq elə buna görə müxalifətdən üz döndərib. Allah, məni və dostlarımı saxtalıqdan, yalandan və böhtandan qoru!"

AzVision.az


Teqlər:  





Xəbər lenti