“Arsenal” və “Atletiko” gözlənilmədən uduzdu

İngiltərə təmsilçisi "Arsenal" Fransa "Monako"sunu qəbul edib. London təmsilçisi bu oyunun favoriti hesab olunsa da, rəqibinə 1:3 hesabı ilə uduzub.
Digər oyun Almaniyada baş tutub. Burada "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"su ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Hakan Çalhanoğlunun vurduğu qol "Bayer"ə 1:0 hesablı qələbə qazandırıb.
Eldar Tanrıverdiyev
AzVision.az