İş adamının oteldəki müəmmalı ölümü ilə bağlı AÇIQLAMA

İş adamının oteldəki müəmmalı ölümü ilə bağlı AÇIQLAMA
  26 Fevral 2015    Oxunub:4145
“Nurgün” şirkətlər qrupunun vitse-prezident Müşfiq Səfiyevin müəmmalı ölümü araşdırılır.
Bu barədə AzVision.az-a şirkətdən bildirilib. Qeyd edilib ki, hazırda iş adamının ölüm səbəbi dəqiq bilinmir, bu istiqamətdə araşdırma aparılandan sonra məlumat veriləcək:

“Biz Müşiq Səfiyevin ölüm səbəblərini bilmirik. O, ailəsi ilə birlikdə yaşayırdı. Bu gün mərhumun dəfn mərasimi keçiriləcək. “Nurgün” şirkətlər qrupunun rəhbər heyəti də yas mərasimində iştirak edəcəklər”.

Mərhumun ölüm səbəblərini öyrənmək məqsədi ilə Salyan rayon prokurorluğu ilə əlaqə saxladıq. Salyan rayon prokurorunun köməkçisi Əbil Mirzəyev AzVision. az-a açıqlamasında bildirib ki, “Nurgün” şirkətlər qrupundan vitse-prezidenti Müşfiq Səfiyev cəsədi ötən gün Salyan Olimpiya-İdman Kompleksində aşkarlanıb:

“Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalar aparılır”.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti