Əli Kərimli ABŞ və Britaniya səfirliyini necə “satıb”?
AzVision.az xəbər verir ki, o bu barədə öz Facebook səhifəsində yazıb: “Əli Kərimli ilə evində görüşərkən o mənə deyib ki, ABŞ və Böyük Britaniya səfirlikləri ona məlumat veriblər ki, mən hakimiyyətə işləyirəm. O deyib ki, onlar mənimlə bağlı məlumat toplayıblar və 3-4 ildir ki, ona məlumatlar ötürürlər.
Əslində, bu fikri mənə bir dəfə də 2012-ci ildə demişdi. O zaman isə, yalnız Böyük Britaniya səfirliyinin adını çəkmişdi. Bunu ictimailəşdirmək ayıbıma gəlmişdi. Düşündüm ki, mənə təzyiq edir”.
R.Nurullayev qeyd edib ki, Əli Kərimli ilə hər zaman arasında problem olub:
“Aramızda hər zaman problem yaranırdı. Çünki, o mənim yazdığım və verdiyim hər bir açıqlamanın gah başlığının düzəldilməsini tələb edirdi, gah Dağlıq Qarabağla bağlı verdiyim müsahibə və yazdığım yazıların onun mövqeyi ilə üst-üstə düşmədiyini deyirdi. Gərək mənim hər yazımın son missiyası "bu iqtidar Dağlıq Qarabağı satıb" olaydı. Amma, istəmirdim ki, politoloq kimi verdiyim açıqlamalarda ədalətsiz mövqe tutum və jurnalistlərin də mənə politoloq kimi maraqları azalsın. O mənə səfirliklərlə bağlı bunları deyən zaman, inanmadığımı söylədim. Dedim ki, onlarla mən də görüşürəm və heç zaman mənə belə bir münasibət sərgilənməyib. Üstəlik, kiçik bir mübahisə etdik və qeyd etdim ki, adını çəkdiyiniz səfirliklər bu sözləri deməzlər.
Diplomatlar çox ehtiyatlıdırlar və əsasən, ümumi fikir danışırlar. Heç zaman ortaya mövqe qoymurlar. Bunları mətbuat konfransında da qeyd etmişəm”.
ABŞ və Böyük Britaniya səfirlikləri ilə bağlı heç zaman problemi olmadığını vurğulayan sabiq cəbhəçi deyib ki, hər zaman Amerika və Böyük Britaniyanı Azərbaycan dövlətinin dostu hesab edib:
“Səfirliklədə görüşdüyüm zaman, heç zaman nə mətbuata, nə də kənar şəxslərə heç nə deməmişəm. Hər zaman prinsipim iki şəxs arasında olan söhbətin elə iki şəxs arasında qalmasıdır. Bununla bağlı mətbuat açıqlamalarım axtarış edilə bilər. Heç zaman ümumi sözlərdən kənara çıxmamışam və bu belə olaraq da qalacaq. ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət edirəm ki, biz bu məsələləri stol arxasında müzakirə edək. Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur. Əksinə, hələ bir az yumşaldaraq fikirlərimi izah etməyə çalışıram. Mən, əminliklə də yalan detoktorundan da keçməyə hazıram. Heç düşünmədən. Bunu mətbuatın qarşısında da, təklikdə də edə bilərəm”.
Fatimə Kərimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


