“Rusiya Dilqəm Əsgərova sahib çıxmadı”

“Rusiya Dilqəm Əsgərova sahib çıxmadı”
  26 Fevral 2015    Oxunub:2351
“Dilqəm Əsgərov və Şahbaz Quliyev öz dədə-baba yurduna səfər edib. Onlar heç bir cinayət törətməyiblər. Ermənilərin isə onların üzərində qurduğu “məhkəmə” şoudan başqa bir şey deyil”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Vitse-spiker azərbaycanlıların tezliklə girovluqdan azad olunacaqlarına əmin olduğunu deyib.

“Bu məsələ ilə bağlı artıq beynəlxalq təşkilatlar öz sözünü deməyə başlayıb. Bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da girovların azad olunması ilə bağlı bəyanat verib. Lakin bizim istədiyimiz odur ki, beynəlxalq təşkilatların Ermənistana qarşı bu münasibəti yalnız bəyanatla kifayətlənməsin. Bu bəyanatların arxasında bir iş də dayansın. Ermənistana təzyiq göstərsinlər ki, şou xarakterli, qondarma məhkəmələrdən, beynəlxalq qanunlara zidd əməllərdən əl çəksin”.

Həmçinin Z.Əsgərov azərbaycanlı girovlardan birinin - Dilqəm Əsgərovun Rusiya vətəndaşı olmasına diqqət çəkib:

“Biz çox təəssüf edirik ki, Rusiya indiyə kimi hələki öz vətəndaşına sahib çıxmayıb. Sergey Lavrov bir müddət əvvəl bəyanat verdi ki, bununla bağlı bir iş görəcəklər. Lakin ortada nəticə yoxdur. Biz ümid edirik ki, Rusiya vətəndaşlıq haqqında qanunlara, Konstitusiyasına əməl edərək, öz vətəndaşının girovluqdan azad olunması üçün hərəkətə keçəcək”.

Anra Kəlbiyev


Teqlər:  





Xəbər lenti