“Xocalının qanı yerdə qalmayacaq” - Arye Qut
O vurğulayıb ki, hazırda həm İsraildə, həm də bütün dünyada önəmli olan Xocalı həqiqətlərini dünyaya çatdırmaqdır:
“Heydər Əliyev Fondu tərəfindən və “Justice for Khojali” kampaniyası adından böyük işlər görülür. Mən də benyəlxalq kampaniyanın bir hissəsi kimi bu işi görürəm. Hesab edirəm ki, bu işi nə qədər çox görsək, o qədər yaxşıdır. Biz Xocalı haqqında tədbirlərdən daha çox benynəlxalq tədbirlərə, konfranslara yer ayırlmayıq. Eyni zamanda dünyada olan informasiya agentlikləri, televiziya və radio ilə iş görməliyik. Nə qədər ki, bu işi görürük, Azərbaycan da bir o qədər çox qələbə qazanacaq. Bunun geci-tezi var, Xocalının qanı yerdə qalmayacaq. Hər bir azərbaycanlı, Azərbaycanı sevən hər bir şəxs Xocalı üçün fevraldan fevrala yox, hər gün çalışmalıdır”.
Aysel Dadaşova







Vaxtında, Aydın, Lazımlı!


