Bakıda avtobus qəzası: 9 yaralı

Bakıda avtobus qəzası: 9 yaralı
  26 Fevral 2015    Oxunub:2088
Ötən gün saat 19 radələrində Bakının Sabunçu qəsəbəsində ağır yol qəzası baş verib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 9 nəfər xəsarət alıb.

Belə ki, qəsəbə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olmuş 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti və Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:



Xəbər lenti