Oqtay Şirəliyev Macarıstanda görüşlər keçirib

Oqtay Şirəliyev Macarıstanda görüşlər keçirib
  18 May 2013    Oxunub:1356
Macarıstanda səfərdə olan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev macarıstanlı həmkarı Zoltan Baloqla, baş nazir ofisinin dövlət katibi, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb. Görüşlərdə səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Nazir eyni zamanda Macarıstanın aparıcı tibb müəssisələrinin və dərman sənayesi firmalarının nümayəndələrinin təşkil etdikləri təqdimat mərasimində də iştirak edib, habelə Budapeşt xəstəxanalarından birinin işi ilə tanış olub.

Nazir Oqtay Şirəliyev və dövlət katibi Piter Siyyarto səfərin nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər.


Teqlər:





Xəbər lenti