İntihara cəhd edən məktəbli qızdan xəbər var

İntihara cəhd edən məktəbli qızdan xəbər var
  26 Fevral 2015    Oxunub:2885
Ötən gün Cəlilabad rayonunda orta məktəbdə intihara cəhd edən 7-ci sinif şagirdi ağır vəziyyətdə Bakıya gətirilib.
Bu barədə AzVision.az-a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ağır vəziyyətdə olan qız hazırda Bakı Şəhər 1 saylı Xəstəxanaya yerləşdirilib: “Qız ötən gün səhər saat 09:30 radələrində özünü məktəbin binasından yerə atıb. Onu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirmişdilər. Bu səhər isə qızı Bakıya göndərdik. Qızın bud, çanaq, çənə sümüyü sınıb. Onun bədəni ağır travma alıb. Yəqin ki, sağalacaq”.

Qeyd edək ki, 13 yaşlı qız özünü məktəbin 3-cü mərtəbəsindən atıb. İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti