Millət vəkilindən məscidlərə Xocalı çağırışı
O bildirib ki, Almaniyaya səfəri zamanı da bu ölkədə fəaliyyət göstərən 1000-dən artıq caminin olduğunu vurğulayaraq, onlara müraciətlə belə bir çağırışla çıxış etmişdi. Millət vəkili deyib ki, etnik, milli kimliyindən və dini inancından asılı olmayaraq insanlığın yanında olan hər kəs Xocalıya Ədalət deyən Azərbaycanın yanında olmalıdır: `Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməyənədək, Xocalılar da daxil olmaqla öz evindən köçkün düşmüş yüz minlərlə insanımız öz evinə dönməyənə qədər bizə rahatlıq olmayacaq və dünyanın hər yerində yaşayan insanımızı bu məsələlərdə daha fəal olmağa çağırırıq`.
Teqlər: