Xocalı meşəsi salındı

Xocalı meşəsi salındı
  26 Fevral 2015    Oxunub:1602
Türkiyənin Əskişəhər şəhərində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş brifinq keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, brifinqdə çox sayda soydaşımız, tələbələr, Xocalını Tanıtma İctimai Birliyinin sədri və Xocalı hadisələrini yaşamış soyqırımının şahidləri iştirak edib.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın brifinqdə çıxış edərək bildirib ki, 23 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 nəfər azərbaycanlını öldürülməsi tarix boyu türklüyə qarşı törədilmiş cinayətlərdən biridir. “Bu gün hər platformada sözdə erməni soyqırımından danışanlar Xocalıda, Qarabağda, Şərqi Türküstanda, Təlafərdə yaşananları görmürlər”.

Brifinqdən sonra Əskişəhər vətəndaşlarına Xocalı soyqırımıyla bağlı materiallar paylanıb.
Daha sonra İNDEX Təşkilatının dəstəyilə Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən Əskişəhərin Muttalib bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilərək Xocalı Soyqırımı Xatirə Ormanı salınıb.


Teqlər:





Xəbər lenti