Hərbi hissələrdə Xocalı anıldı

Hərbi hissələrdə Xocalı anıldı
  26 Fevral 2015    Oxunub:1174
Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.

Bu gün hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində bir sıra silsilə tədbirlər və Xocalı sakinləri ilə görüşlər keçirilib.


Teqlər:





Xəbər lenti