Bir gündə 65 cinayət, 45 həbs

Bir gündə 65 cinayət, 45 həbs
  26 Fevral 2015    Oxunub:1159
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti