`Bakı 2015` daha bir ölkədə yayımlanacaq
`Setanta`nın jurnalistlərdən ibarət xüsusi komandası əsas diqqətini Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək irlandiyalı idmançılara ayıraraq Oyunları izləyəcək.
Bu sazişin bağlanması ilə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların dünyanın artıq 51 ölkəsində yayımlanmasını təmin edəcək sazişlərin bağlandığını elan etmiş oldu.
İrlandiyada 1.2 milyondan artıq evdə yayımlanan Setanta Sports idman kanalı bütün dünyadakı premium məzmunla, o cümlədən İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası və Avropa Liqası, Reqbi üzrə Avropa Çempionlar Kuboku, Formula 1 yarışları, `The Masters`, `The Open`və Amerikanın Milli Futbol Liqası (NFL), Milli Basketbol Assosiasiyası (NBA) və Nascar adlı gündəlik şousu ilə sıx bağlıdır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


