Türkiyədə möhtəşəm qələbə - Nəticələr

Türkiyədə möhtəşəm qələbə - Nəticələr
  27 Fevral 2015    Oxunub:2279
Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib.
AzVision.az xəbər verir ki, turnirin ilk iki oyunu Rusiyada baş tutub. Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Türkiyə klublarından isə "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkib. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb ki, buna da nail olub. Əsas 1:0 hesabı ilə başa çatan oyunda qalib yalnız penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Beşiktaş" rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

"Trabzonspor" klubu isə İtaliyaya səfər edib. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyırdı. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan Neapol təmsilçisi 1/8 finala adlayıb.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaqdı. Səfərdə 2:2 hesablı bərabərə qalan Ukrayna klubu 1/8 finalda oynamaq hüququ əldə edib. F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirib. Səfərdə rəqibi ilə 3:3 bərabərə qalan Milan təmsilçisi evdə "Seltik"i 1:0 hesabı ilə üstələyib.




Teqlər:





Xəbər lenti