Azərbaycanın `qara siyahı`sına düşənlər - STATİSTİKA

Azərbaycanın `qara siyahı`sına düşənlər - STATİSTİKA
  27 Fevral 2015    Oxunub:2253
Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin razılığı olmadan səfər edən əcnəbilərin Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilmiş arzuedilməz şəxslər siyahısına hazırda 435 nəfər daxildir.

Bu səfərlər “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun pozulmasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təşviqinə xidmət edən bir addımdır.

AzVision.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fevralın 27-də keçirdiyi mətbuat konfransında bildirib.

H.Hacıyev deyib ki, elan olunduqdan sonra adı bu siyahıya daxil edilmiş bir sıra şəxslər Azərbaycan Respublikasına müraciət edərək həmin siyahıdan adlarının çıxarılmasını xahiş ediblər. Fərdi əsasda bu kimi müraciətlər nəzərdən keçirilib və 2013-cü ildən başlayaraq 10-dan artıq şəxs siyahıdan çıxarılıb. Həmin şəxslərin həqiqətən hansı səbəbdən işğal olunmuş ərazilərə səfər etmələri, onların üzrxahlığı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörməti kimi məqamlar nəzərə alınaraq onların arzuedilməz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti