“Beşiktaş”ın rəqibi bilindi - PÜŞKATMA

  27 Fevral 2015    Oxunub : 1849
“Beşiktaş”ın rəqibi bilindi - PÜŞKATMA
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
AzVision.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə mübarizəni davam etdirən 16 komanda öz rəqiblərinin adını bilib.

Püşkə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunub.
1/16 finalında İngiltərə təmsilçisi "Liverpul"la dueldən qalib çıxan Türkiyənin "Beşiktaş" klubunun rəqibi Belçika təmsilçisi "Brügge" olub.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

Avropa Liqasında 1/8 finalın cütlükləri belədir:

“Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna)
“Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya)
“Zenit” (Rusiya) - “Torino” (İtaliya)
"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya)
“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya)
“Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya)
“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə)
“Fiorentina” (İtaliya) - “Roma” (İtaliya)

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: