Novruz Məmmədov: `Bunlar təxribat, məkrli niyyətlərdir`

Novruz Məmmədov: `Bunlar təxribat, məkrli niyyətlərdir`
  27 Fevral 2015    Oxunub:1970
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ukraynanın "Geostrategy" saytında dərc edilən məqaləni tənqid edib.

AzVision.az xəbər verir ki, PA rəsmisi bu barədə öz “twitter” səhifəsində yazıb:

"Geostrategy"nin məqalə müəllifləri öz amplualarındadır: həmişəki kimi təxribat, siyasi diversiya, bir sözlə, məkrli niyyətlər. Aydındır ki, onlar Azərbaycanı 40-dan artıq dövlətin sırasında qaynar nöqtə kimi görməkdə maraqlıdırlar".

Qeyd edək ki, "Geostrategy" qlobal kəşfiyyat qrupunun materialının müəllifləri guya Ukraynaya qarşı mövqeyini dəyişib Rusiya yönümlü mövqe tutan Azərbaycanı tənqid ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti