Xalidə Xalid azadlığa buraxılıb

Xalidə Xalid azadlığa buraxılıb
  19 May 2013    Oxunub:1620
İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.
Bu barədə məlumatı Azərbaycan Milli Məclisinin deputatı, İranda səfərdə olan nümayəndə heyətinin üzvü Eldar İbrahimov verib.

Nümayəndə heyətinə Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir.

İranın Azərbaycandakı səfiri Mövsüm Pakayin Trend-ə məlumatı təsdiqləyib. O bildirib ki, yaxın günlərdə Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Azərbaycana göndəriləcəklər.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.


Teqlər:  





Xəbər lenti