Bakı məktəbində biabırçılıq

Bakı məktəbində biabırçılıq
  28 Fevral 2015    Oxunub:2910
Bakının Xəzər rayonu ərazisində orta məktəb qarət olunub.
AzVision.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsindən anspress-ə istinadən xəbər verir ki, hadisə fevralın 26-da gecə saatlarında Buzovna qəsəbəsində qeydə alınıb.

Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbin pəncərəsini sındıraraq içəri giriblər. Məktəbdən 7 kompüter, televizor və digər əşyalar oğurlanıb.

Bundan başqa, oğrular məktəbin bir neçə pəncərəsini də sındıraraq maddi ziyan vurublar.

Ən qəribəsi odur ki, oğrular müəllimlər otağını da kirlədiblər. Otağın ortasında nəcis aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti