“Nemtsovla yemək yeyərkən rastlaşdıq...” – Fazil Mustafa
“Bu qətlə Rusiyada yeni siyasi proseslərin başlanğıcı kimi də baxmaq olar. Siyasi müxalifətin gözünü tamamilə qorxutmağa bənzəyir. Nemtsovu ilk və son dəfə Strasburqda gördüm. Liberal qrupda çıxışını xatırlayıram. Deyirdi ki, "Putin Abramoviç kimi yaşayıb, Stalin kimi idarə etmək istəyir. Axşam təsadüfən şəhərin restoranlarının birində yemək yeyərkən də rastlaşdıq. Ümumi şəkildə zarafat da etdi. Yanında gənc bir xanım da vardı. Dəqiq bilmirəm, bu ölərkən yanında olan model idi, yoxsa başqasıydı. Hər halda mənə simpatik təsir bağışlayırdı. Xüsusilə Ukrayna xalqına dəstəyinə görə düşünürəm ki, hər zaman rəğbətlə xatırlanacaq”.
AzVision.az