Nazirlərin görüş günləri və yeri - SİYAHI

  28 Fevral 2015    Oxunub : 2735
Nazirlərin görüş günləri və yeri - SİYAHI
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri bölgələrdə vətəndaşlarını qəbulunu davam etdirir.
AzVision.az onların 2015-cü ilin mart ayı üçün şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlini təqdim edir:

Təhsil naziri Mikayıl Cabbarov martın 10-u Masallıda cənub zonasının sakinlərini qəbul edəcək. Gənclər və idman naziri Azad Rəhimov martın 1- də Mingəçevirdə Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Bərdə, TərtərAğsu rayon sakinlərini qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov martın 13-ü Şabranda şimal bölgəsinin sakinlərini qəbul edəcək.

Ədliyyə naziri Fikrət Məmmədov martın 13-də Ağdaş, Mingəçevir və Yevlax rayon sakinlərini qəbul edəcək. Eyni tarixdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad, Şirvan, SaatlıHacıqabul rayon sakinlərini qəbul edəcək.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Yevlax, Mingəçevir və Bərdə sakinlərini qəbul edəcək. Kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboy, Yevlax, Samux, Göygöl, Daşkəsən, XocalıKəlbəcər rayon sakinlərini qəbul edəcək.

Nəqliyyat Naziri Ziya Məmmədov da həmin gün ŞamaxıQobustan rayon sakinlərini qəbul edəcək. Səhiyyə naziri Oqtay Şirəliyev isə Mingəçevir, Yevlax, BərdəGoranboy rayon sakinlərini qəbul edəcək.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16- da Hacıqabul, Sabirabad, Saatlıİmişli rayon sakinlərini qəbul edəcək.

Teqlər: