Valyutadəyişmə məntəqəsinə BASQIN

Valyutadəyişmə məntəqəsinə BASQIN
  02 Mart 2015    Oxunub:2076
Bu gün səhər saatlarında Bakının mərkəzində yerləşən valyutadəyişmə məntəqələrindən birinə basqın olub.
Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, naməlum şəxslər Nəsimi rayonu Azadlıq prospekti 128 ünvanında "ZaminBANK"a məxsus olan 3 saylı valyutadəyişmə məntəqəsinə basqın edib. Onlar məntəqənin əməkdaşı, 1964-cü il təvəllüdlü Abbasov Taryel Arif oğluna küt alətlə ağır bədən xəsarətləri yetiriblər. Məntəqədən 120 min dollar və 20 min manat nəğd pulu götürən şəxslər uzaqlaşıblar.

T.Abbasov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktl bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. (Lent.az)


Teqlər:  





Xəbər lenti