Məktəb direktorları toplandı: nazir müavini tapşırıq verdi

Məktəb direktorları toplandı: nazir müavini tapşırıq verdi
  02 Mart 2015    Oxunub:2192
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi arasında görüş keçirilib.
İdarədən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, BŞTİ-nin müfaviq struktur bölmə rəhbərləri və İdarənin əməkdaşları da iştirak edib.

Nazir müavini Ceyhun Bayramov "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb, BŞTİ-nin həyata keçirəcəyi yeniliklərdən söz açıb.
Nazir müavini eyni zamanda, bu ildən etibarən I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılacağını vurğulayıb və bunun məqsəd və mahiyyəti barədə məktəb rəhbərlərini ətraflı məlumatlandırılıb.

Görüş qarşılıqlı müzakirə şəklində baş tutub. Direktorlar tərəfindən müxtəlif fikir və təkliflər səsləndirilib və verilən çoxsaylı suallar nazir müavini Ceyhun Bayramov tərəfindən cavablandırılıb.




Teqlər:  





Xəbər lenti