Müəllimlər sınağa çəkiləcək

Müəllimlər sınağa çəkiləcək
  02 Mart 2015    Oxunub:2086
Sumqayıt şəhərində uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçiriləcək.
AzVision.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin (test üsulu ilə) keçirilməsi nəzərdə tutulub.
İlkin olaraq bu proses Bakı şəhərində keçirilib. Paytaxtın uşaq musiqi və incəsənət məktəblərində çalışan 2685 müəllim sınaq qiymətləndirilmədə iştirak edib.

2015-ci il ərzində zonalar üzrə respublikanın şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi planlaşdırılır.

Cari ilin mart ayında Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin (cəmi 17 məktəb) müəllimlərinin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulub.

AzVision.az



Teqlər:  





Xəbər lenti