17 yaşlı qızı qaçıra bilmədi

17 yaşlı qızı qaçıra bilmədi
  20 May 2013    Oxunub:1324
Gəncədə bir nəfər qız qaçırmağa cəhd edib.
Gəncə şəhər prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 17 yaşlı Gəncə şəhər sakini Məhərrəmova Şəbnəm Azər qızı Kəpəz RPİ-nə ərizə ilə müraciət edərək bildirib ki, 17.05.2013-cü il tarixində təxminən saat 19.00 radələrində onu bir nəfər qaçırmaq istəyib.

Şəbnəmin sözlərinə görə, 23 yaşlı Daşkəsən rayon sakini Cabbarov Qasım İdris oğlu yaşadıqları evin yaxınlığında onu zorla avtomobilə mindirərək qaçırıb.
O, yolda Qasımın fıkrini yayındıraraq avtomobilin qapısını açaraq özünü atıb və digər avtomobil ilə evə qayıdıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti